“Sehirli xalat”ın Rəşidi vəfat edib | 1news.az | Xəbərlər
Mədəniyyət

“Sehirli xalat”ın Rəşidi vəfat edib

Qafar Ağayev16:47 - 24 / 01 / 2024
“Sehirli xalat”ın Rəşidi vəfat edib

“Sehirli Xalat” filmindəki Rəşid obrazını yaradan aktyor Azər Qurbanov vəfat edib.

1news.az xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat verib. O bildirib ki, aktyor bir müddət əvvəl ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb.

Sovet dövrünün uşaqlarının pərəstiş etdiyi əfsanəvi aktyor 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.

Aktyor hələ 1957-ci ildə - 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb.

Amma qeyd etməliyik ki, aktyorun ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.

Paylaş:
891

Son xəbərlər

Bütün xəbərlər