İran və Türkiyə Prezidenti arasında görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Dünya

İran və Türkiyə Prezidenti arasında görüş keçirilib - FOTO

Qafar Ağayev17:24 - 24 / 01 / 2024
İran və Türkiyə Prezidenti arasında görüş keçirilib - FOTO

Türkiyədə rəsmi səfərdə olan İran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İran Prezidenti səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq, eləcə də Türkiyə-İran Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.

İki ölkə liderinin görüşü zamanı Qəzzadakı son vəziyyətlə yanaşı, İraq, Suriya, Cənubi Qafqaz, Əfqanıstan və Ukrayna ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.

Paylaş:
596

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər