MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb

10:23 - 24 / 01 / 2024
MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib.

1news.az “Report”a istinadən xəbərinə görə, MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb.

Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər