Elektron pul təşkilatları üçün kapital tələbi müəyyən edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elektron pul təşkilatları üçün kapital tələbi müəyyən edilib

Qafar Ağayev10:59 - 24 / 01 / 2024
Elektron pul təşkilatları üçün kapital tələbi müəyyən edilib

Mərkəzi Bank (AMB) “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

1news.az "APA-Economics"ə istinadən xəbər verir ki, AMB sədri Taleh Kazımov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.

Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50 min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət almalıdır. Mülki məsuliyyət sığortasının və yaxud zəmanətin məbləği hər 6 ayın orta istifadəçi sayına əsasən ildə iki dəfə, iyun və dekabr aylarının son iş gününə yenidən hesablanır və tələb olunduqda 10 iş günü ərzində yenilənir. Təşkilat mülki məsuliyyət sığortasının və yaxud aldığı zəmanətin minimal məbləğinin hesablanması haqqında hesabatı bu Qaydaya uyğun olaraq hər il iyul və yanvar aylarının ilk 5 iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edir.

Bundan əlavə, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi halları istisna olmaqla, təşkilat minimum məcmu kapitala malik olmalıdır. Təşkilatın məcmu kapitalının əsas məqsədi təşkilatın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı təşkilatın maliyyə dayanıqlığının təmin edilməsidir.

Paylaş:
244

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər