Yeni Klinikada növbəti ilk – TAVİ əməliyyatı icra edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni Klinikada növbəti ilk – TAVİ əməliyyatı icra edilib

Qafar Ağayev15:21 - 25 / 01 / 2024
Yeni Klinikada növbəti ilk – TAVİ əməliyyatı icra edilib

Yeni Klinikada ilk dəfə olaraq Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatı icra edilib.

1news.az xəbər verir ki, daha öncə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində mövcud olmayan bu prosedur icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə Yeni Klinikanın peşəkar Ürək-damar Mərkəzinin komandası tərəfindən həyata keçirilib.

Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur.

Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir.

Xəstə üçün üstünlüyü 24/48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra oluna bilər.

Yeni Klinikanın Ürək-damar Mərkəzinin rəhbəri tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov tərəfindən 74 yaşlı qadın xəstə üzərində icra edilən əməliyyat uğurla başa çatıb. Stasionar müalicəsi davam edən xəstə bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq.

Qeyd edək ki, dəyəri kifayət qədər yüksək olan (təxminən 35-40 min AZN) TAVİ əməliyyatı Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz icra edilir.

Paylaş:
280

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər