Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qafar Ağayev17:28 - 25 / 01 / 2024
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov, eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

İlk olaraq Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Şuranın üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti seçilməsi münasibətilə Şura üzvləri adından təbrik edib, sözügedən tədbirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

Qeyd olunub ki, COP29 kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlətimizin növbəti triumfudur.

Daha sonra Şuranın sədri gündəlikdə olan məsələləri, o cümlədən Fondun 2024-cü il üzrə büdcəsinin təsdiq olunması, bərpa və yenidənqurma işlərinə maliyyə dəstəyinin göstərilməsi qaydalarının təkmilləşdirilməsi, kənar auditorun təsdiq edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına bununla bağlı ətraflı məlumatı təqdim edib.

Qeyd edək ki, bütün müzakirə olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.

Şura üzvləri Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri ilə bağlı razılıqlarını ifadə edib, İdarə Heyətinin sədrinə müvafiq tapşırıqlar veriblər.

Paylaş:
197

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər