Bakıda qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO

Qafar Ağayev09:40 - 25 / 01 / 2024
Bakıda qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikinti işlərinin qarşısını alıb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bu çərçivədə, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” otelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.

Paylaş:
342

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər