İcma: AŞPA-da Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı.
1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
"Biz buna AŞPA-nın Ermənistan üzrə həm-məruzəçilərinə qayıdış hüququmuz ilə məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq.
Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir" - bəyatatda bildirilib.