Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı qaldırılan soyqırım iddiası üzrə qərarını açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı qaldırılan soyqırım iddiası üzrə qərarını açıqlayıb

Qafar Ağayev17:34 - 26 / 01 / 2024
Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı qaldırılan soyqırım iddiası üzrə qərarını açıqlayıb

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı soyqırımı iddiası üzrə müvəqqəti qərarını açıqlayıb.

1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ədalət Məhkəməsi İsrailə qarşı irəli sürülən iddiaların (soyqırım işində) “ağlabatan səviyyədə” sübuta yetirildiyinə qərar verib.

Beynəlxalq Ədalət Məhkəməsi Qəzzada baş verən humanitar faciədən xəbərdar olduğunu və insanların itkisindən dərin narahat olduğunu bildirib.

Məhkəmə İsrailin Soyqırım Konvensiyasından irəli gələn bəzi öhdəliklərini pozduğuna görə ona qarşı müvəqqəti tədbirlər görmək səlahiyyətinə malik olduğuna qərar verib.

Bəyan edilib ki, İsrailin hücumlarına məruz qalan qəzzalılar Soyqırım Konvensiyasının 2-ci maddəsindəki “qorunan qrup” anlayışına uyğundur.

Beynəlxalq Ədalət Məhkəməsi (soyqırım işində) Qəzzadakı fəlakətli humanitar vəziyyətin "birbaşa təhlükə" təşkil etdiyinə qərar verib və bu, əmr tələb edir.

BƏM İsraildən Qəzza zolağında soyqırımı törədilməsinin qarşısını almaq üçün bütün tədbirləri görməsini tələb edib.

Bununla belə, məhkəmə CAR-ın dərhal atəşkəs tətbiq edilməsi istəyi ilə razılaşmayıb.

Qeyd edək ki, BƏM-in qərarı müvəqqəti xarakter daşıyır və iş üzrə yekun qərarın qəbul edilməsi bir neçə il çəkə bilər.

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Qəzzada müharibə aparmasına görə, İsrailə qarşı qaldırdığı soyqırımı iddiasına baxmağa başlayıb.

Paylaş:
355

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər