Deputat: “AŞPA öz fəaliyyətində Avropa dəyərlərinə deyil, müəyyən dairələrin maraqlarına üstünlük verir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “AŞPA öz fəaliyyətində Avropa dəyərlərinə deyil, müəyyən dairələrin maraqlarına üstünlük verir”

Qafar Ağayev17:47 - 26 / 01 / 2024
Deputat: “AŞPA öz fəaliyyətində Avropa dəyərlərinə deyil, müəyyən dairələrin maraqlarına üstünlük verir”

“Azərbaycan bir sıra Avropa təsisatlarının ikili standartları ilə üzləşir. Avropa Şurası Parlament Assambleyasının bu günlərdə ölkəmizlə bağlı qəbul etdiyi qərar da bunun göstəricisidir. Əslində, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq siyasəti həyata keçirir, hər zaman onlarla əlaqələri yüksək səviyyədə qurmağa üstünlük verib. Bu baxımdan, AŞPA da istisna deyil. Lakin görünən odur ki, təşkilat öz fəaliyyətində Avropa dəyərlərinə deyil, müəyyən dairələrin maraqlarına üstünlük verir”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, AŞPA-da qəbul olunmuş qərarın heç bir əsası yoxdur. Həqiqəti əks etdirməyən iddialara görə, guya Azərbaycan təşkilat qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir, təşkilatla əməkdaşlıq xəttinə sadiq deyil. Buna səbəb olaraq da bildirirlər ki, 2023-cü il aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edib. Habelə Laçın dəhlizinə səfər etmək istədiklərini bildirsələr də, müsbət cavab ala bilməyiblər və s. Əslində isə Azərbaycan dövləti həm Vətən müharibəsində, həm də ötən ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi halda AŞPA Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərini pisləyən qərəzli qətnamə qəbul etdi. Bu cür sənədlərin qəbulu AŞPA-nın timsalında bəzi beynəlxalq təşkilatların siyasi məsələlərə selektiv yanaşmasının və işğalçı dövləti dəstəkləməsinin əyani sübutudur.

Millət vəkilinin sözlərinə görə, 44 günlük müharibə elə bir vəziyyət yaratdı ki, bir çox Avropa dövlətləri, siyasi dairələr üçün bu vəziyyət gözlənilməz oldu və yeni reallığı bu günə qədər qəbul edə bilmirlər. Nəzərə almaq lazımdır ki, AŞPA-da Azərbaycanın əleyhinə səs verən ölkələr regionumuzdan çox uzaqdadır və bölgənin problemlərini, reallıqlarını anlamırlar. “2023-cü ilin sentyabrından sonra bölgədə vəziyyət yenə də dəyişdi, lakin bu dəyişikliklər də Avropadakı məlum dairələrin təfəkkürünü dəyişmədi. Əslində, AŞPA-nın mövqeyi əvvəlki vəziyyətin geri qaytarılmasını nəzərdə tutur, Azərbaycana qarşı tamamilə əsassız və absurd tələblər irəli sürür. Bu da qəbulolunmazdır”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, AŞPA ilə böhranın əsasında bu gərginliyin səbəbkarı olan bəzi Qərb dövlətlərinin Azərbaycana olan qərəzi dayanır. Xüsusilə, Fransa bu prosesdə “fəal”dır. Fransızlar və onlarla eyni mövqedə çıxış edən alman deputatlar bu məsələdə çox fəallıq göstərir və başqa ölkələrdən olan həmkarlarına təsir edirlər.

Deputat deyib ki, həqiqətən Avropa Şurasını insan hüquqları narahat edirsə, niyə 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına səssiz qaldılar, 1 milyon qaçqın, köçkünümüzün vəziyyətindən narahat olmadılar? Nə üçün Azərbaycan ərazilərini azd etdikdən sonra Ermənistan tərəfindən viran edilmiş torpaqlarımıza səfər etmək üçün müraciət etmədilər? Bütün bunlar göstərir ki, onları beynəlxalq hüquq, insan haqları və ədalət maraqlandırmır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir mövqedə dayanırlar. “Bu amillərin fonunda AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyinin heç bir əsası yoxdur. Demokratik inkişaf yolu seçmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Bütün bunlar birbaşa ikili standartların, erməni təəssübkeşliyinin ifadəsidir. Lakin Azərbaycan güclü dövlətdir, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz. Beynəlxalq hüquqa və ədalət prinsiplərinə zidd qərarlar vermək ilk növbədə Avropa Şurasının ziyanınadır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
338

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər