Bakı sakinindən 3 ədəd qumbara aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinindən 3 ədəd qumbara aşkarlanıb

Qafar Ağayev11:59 - 26 / 01 / 2024
Bakı sakinindən 3 ədəd qumbara aşkarlanıb

Bakı sakinindən qumbara aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb. Ondan 3 ədəd F-1 qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
293

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər