ADY Bakı-Ağstafa marşrutu axşam reyslərinin müddətini uzadır | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY Bakı-Ağstafa marşrutu axşam reyslərinin müddətini uzadır

Qafar Ağayev17:57 - 29 / 01 / 2024
ADY Bakı-Ağstafa marşrutu axşam reyslərinin müddətini uzadır

"Azərbaycan Dəmir Yolları" QSC sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə Bakıdan təyin olunmuş axşam reyslərinin müddətini uzadır.

Qurumdan 1news.az-a verilən məlumata görə, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı:

09, 16, 23 fevral və 01, 08, 15 mart tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya,

11, 18, 25 fevral və 03, 10, 17 mart tarixlərində saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya saytımıza keçid edə bilərsiniz.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər