Gəncədə avtoxuliqanlıq edərək qəza törədən şəxslər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Gəncədə avtoxuliqanlıq edərək qəza törədən şəxslər saxlanılıb - FOTO

Qafar Ağayev09:06 - 29 / 01 / 2024
Gəncədə avtoxuliqanlıq edərək qəza törədən şəxslər saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan 1news.az-a verilən məlumata görə, 2 nəfər şəhər sakini özlərinə məxsus “VAZ” markalı avtomobil ilə şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər.

Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Bundan başqa Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində “Opel” və “VAZ” markalı avtomobillərin sürücülərinin toy karvanına qoşularaq yollarda intizamsızlıq etmələri, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmələri, digər hərəkət iştirakçılarına təhlükə yaratmaları məlum olub. Həmin sürücülər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
246

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər