İstanbulda kilsəyə hücumla bağlı 50-yə yaxın saxlanılan var
Ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Maria” kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxs saxlanılıb.
1news.az Hürriyet.com.tr saytına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya keçirdiyi mətbuat konfransında deyib.
“Qısa müddət ərzində gün ərzində 30 müxtəlif ünvanda əməliyyat keçirildi, qətli törətməkdə şübhəli bilinən 2 nəfər daxil olmaqla 47 nəfər saxlanılıb. Qətli törətməkdə şübhəli bilinən şəxslərdən biri tacik, digəri rusiyalıdır.
Qeyd edək ki, İstanbulun Sarıyer rayonunda Büyükdere küçəsindəki Santa Maria İtalyan Kilsəsində bazar günü ibadət zamaı, saat 11.40-da iki nəfər içəri girərək silahlarla atəş açmağa başlayıblar. Hadisə nəticəsində 1 nəfər nəfər ölüb.
Hücumu İŞİD terror təşkilatı üzərinə götürüb.