Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası başlayıb
Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb.
1news.az xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.
Görüş İcevanla Qazax sərhədində keçirilir.
Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.
360