Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Qafar Ağayev16:42 - 31 / 01 / 2024
Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsinin Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər