Azərbaycana qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək keçirilməsinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək keçirilməsinin qarşısı alınıb - FOTO

17:01 - 31 / 01 / 2024
Azərbaycana qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycanda külli miqdarda qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək ölkəyə keçirilməsinə cəhd göstərilib.

1news.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıb.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib. Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər