Azərbaycanda uçot dərəcəsi azaldılıb - AMB-dən yeni QƏRAR | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda uçot dərəcəsi azaldılıb - AMB-dən yeni QƏRAR

Qafar Ağayev10:02 - 31 / 01 / 2024
Azərbaycanda uçot dərəcəsi azaldılıb - AMB-dən yeni QƏRAR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

1news.a bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib.

Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar martın 28-də açıqlanacaq.

Paylaş:
630

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər