BDYPİ nümayəndəsi: “Ölkədə olan nəqliyyat vasitələrinin 45 faizinin istehsal ili 20 ildən yuxarıdır”
2023-cü ilin 31 dekabrına olan məlumata görə, Azərbaycanda dövlət qeydiyyatına alınmış 1,774 077 nəqliyyat vasitəsi var.
1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
O, bildirib ki, 1,774 077 avtomobildən istehsal ili 10 ilədək olanların sayı 266878-dir.
"Bu da təxmin ölkəmizdə olan avtomobillərin 15%-dir. istehsal ili 10 ildən 20 ilədək olanların sayı 707 min 623-dür. Bu da dövlət qeydiyyatına alınmış avtomobillərin 39,9%-ni təşkil edir. 20 il və ondan yuxarı olanların sayı isə 799526 ədəddir ki, bu da avtomobillərin 45,1 faizdir".