Türkiyə 2023-cü ili rekord qıran turizm rəqəmləri ilə tamamlayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə 2023-cü ili rekord qıran turizm rəqəmləri ilə tamamlayıb

Qafar Ağayev14:01 - 02 / 02 / 2024
Türkiyə 2023-cü ili rekord qıran turizm rəqəmləri ilə tamamlayıb

Dünyanın aparıcı turizm bölgələrindən biri olan Türkiyə, uğurlu inkişafı davam etdirərək 2023-cü ildə illik 10% artımla 56,7 milyon beynəlxalq ziyarətçini qəbul edib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən 1news.az-a verilən məlumata görə, ölkənin turizm gəliri illik müqayisədə 17% artaraq 54,3 milyard dollara, ziyarətçilərin bir gecəlik ortalama xərcləri isə 99 dollara çatıb. Beynəlxalq ziyarətçilərin sayı və turizm gəlirləri ölkənin rekord göstəriciləri olaraq açıqlanır.

Rekord turizm tələbi

Dəniz, qum və günəş tətilləri ilə yanaşı, mədəniyyət, incəsənət, qastronomiya, velosiped idmanı və dini turizm baxımından Avropanın ən çox seçilən istiqamətləri arasında olan Türkiyə 2023-cü ildə rekorda imza atdı. 2024-cü ilə qədər 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib. Turizm strategiyaları çərçivəsində bazar müxtəlifliyinə üstünlük verən Türkiyə, 2024-cü ildə yeni hədəf bazarlara fokuslanaraq cari strateji bazarlarda fəaliyyətini davam etdirəcək.

Davamlılıq Protokolunu İmzalayan İlk Ölkə

Türkiyənin turizm uğurunun arxasında ziyarətçilər üçün cəlbedici mühit yaratmağa sadiq olan strateji və uzaqgörən siyasət dayanır. Ölkə turizm sektorunu düzgün siyasətlə daha davamlı və əhatəli bir struktura çevirdi. Türkiyə dünyada 2022-ci ildə hökumət səviyyəsində “Qlobal Davamlı Turizm Şurası” (GSTC) ilə razılığa gələn və bunu sektor tələbi olaraq həyata keçirən ilk ölkə oldu. GSTC ilə imzalanmış əməkdaşlıq müqaviləsinin nəticəsi olan Türkiyə Davamlı Turizm Proqramı davamlı turizmin faktiki praktiklərini mükafatlandırır və ziyarətçilər arasında inam və etibar yaradır. Bu proqramla Türkiyə müxtəlif, davamlı təcrübələr, o cümlədən ekoloji cəhətdən təmiz yaşayış yerləri, velosiped sürmə və trekking fəaliyyətləri təklif edir, bunların hamısı ölkənin irsi ilə onu qoruyan insanlar arasında daha dərin əlaqə yaratmağa yönəlmişdir.

Türkiyə: İl boyu, çox yönlü səhayət

Özünəməxsus coğrafi mövqeyi, üç tərəfdən mavi dənizlə əhatə olunması və tarixi zənginliyi ilə tanınan Türkiyə ilboyu çox yönlü səyahət cənnəti olaraq seçilir. Turizm aktivlərini dünyaya nümayiş etdirmək üçün cəsarətli addımlar atan ölkə, ecazkar şəhər qaçışları, idman fəaliyyətləri, beynəlxalq tədbirlər və festivallar da daxil olmaqla, qeyri-adi məhsul müxtəlifliyi ilə ziyarətçilərin diqqətini çəkir. Bununla belə, Türkiyənin turizm təklifləri təkcə onun populyar destinasiyaları ilə məhdudlaşmır. Ölkənin cazibəsi arxeoloji möcüzələr kimi gizli daş-qaşları əhatə edərək, tanınmış görməli yerlərindən kənara çıxır. Mədəni irsin davamlılığını təmin etmək üçün bu arxeoloji inciləri qorumağa sadiq olan Türkiyə çoxsaylı arxeoloji qazıntı və bərpa layihələri həyata keçirir. Bu sahədə qabaqcıl olan Türkiyə arxeoloji layihələrini 2023-cü ildə 720-yə çatdırıb. Layihələrin 2024-cü ildə 750-yə çatması Türkiyənin mədəni irsin qorunmasında liderliyini möhkəmləndirəcək. Üstəlik, ölkə gecə gəzintiləri üçün məşhur arxeoloji yerləri işıqlandırmaq, bu tarixi sərvətləri axşam səması altında nəfəs kəsən tamaşalara çevirməklə ziyarətçiləri

Paylaş:
623

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər