Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB

Qafar Ağayev18:00 - 02 / 02 / 2024
Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüssonla görüşüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, BMK ilə müxtəlif istiqamətlər üzrə əlaqələrin önəmini vurğulayan iqtisadiyyat naziri qurum tərəfindən ölkəmizdə kiçik və orta biznesin inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı və digər sahələr üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Korporasiya ilə enerji səmərəliliyinin artırılması, “yaşıl” enerji zonalarının yaradılması, tullantıların emalı kimi istiqamətlərdə layihələrin icrası Azərbaycanın strateji inkişaf hədəfləri ilə yanaşı, regional inkişafa töhfə verə bilər.

Cemi Fergüsson IFC adından Azərbaycanı COP29-a ev sahibliyi münasibətlə təbrik edib, təmsil etdiyi qurumun daim dəstək verməyə hazır olduğunu vurğulayıb, ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə həyata keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib.

Tərəflər bu il Azərbaycanda keçiriləcək COP-29, “yaşıl” keçid, enerji təhlükəsizliyi, dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

***

14:08

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında COP29 üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Korporasiyanın iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə görüşdə baş tutub.

Tərəflər "yaşıl enerji"yə keçid və enerji təhlükəsizliyinin dəstəklənməsi, IFC ilə COP29 üzrə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi məsələlərini müzakirə edib.

Paylaş:
511

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər