Nazir: COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaq | 1news.az | Xəbərlər
Siyasət

Nazir: COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaq

Qafar Ağayev15:16 - 02 / 02 / 2024
Nazir: COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaq

Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

Nazirlikdən 1news.az-a bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri, ölkəmizin bu beynəlxalq tədbirə sədrliyindən irəli gələn məsələlər, eləcə də Azərbaycanın “yaşıl enerji” keçidi üzrə fəaliyyəti müzakirə edilib.

Energetika naziri ənənəvi enerji ölkəsi Azərbaycanın bərpa olunan enerjinin istehsalçısı və ixracatçısına transformasiyası istiqamətində həyata keçirilən islahatlar, “yaşıl enerji”dən geniş istifadəni, elektroenergetika sektorunun müasir tendensiyalara uyğun inkişafını, enerji səmərəliliyini təmin edən yeni qanunlar, enerji sisteminə 2027-ci ilədək 2 qiqavatadək “yaşıl güclərin inteqrasiyası, həmçinin Xəzərdən Avropaya uzanan “yaşıl enerji” dəhlizinin reallaşdırılması planları və görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizin COP28 tədbirində bir sıra qlobal təşəbbüslərə qoşulduğunu qeyd edən nazir bildirib ki, Azərbaycan COP29-a sədrliyi dövründə “yaşıl inkişaf”la bağlı kursunun icrasını davam etdirməklə və dekarbonizasiyanı sürətləndirməklə yanaşı, qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfələrini artırmağı hədəfləyir. COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaqdır.

İcraçı katib Saymon Stil COP29 tədbirinin təşkili, həmçinin enerji və ətraf mühit aspektlərində diqqət yetirilməli məsələlərlə bağlı fikirlərini bölüşüb, sıx əməkdaşlıq edilməklə katibliyin prosesə dəstəyini ifadə edib. Saymon Stil Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin COP29-un da uğurla keçirilməsinə töhfə verəcəyini bildirib.

Söhbət zamanı COP29 tədbirinin enerji istiqaməti üzrə birgə seminarın keçirilməsi razılaşdırılıb.

Paylaş:
326

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər