Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib - VİDEO

Qafar Ağayev17:02 - 02 / 02 / 2024
Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib - VİDEO

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani forum iştirakçılarını və qonaqları salamlayaraq, iki gün davam edən birinci forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ordu gənclərinə dahi liderin söylədiyi fikirlərlə müraciət edib.

Ordu gənclərinin Xankəndi forumunun proqramı və reqlamenti elan edildikdən sonra fəxri qarovul dəstəsi Şuşaya sancılan, Bakıda Azadlıq meydanında, ötən il noyabrın 8-də isə Xankəndi şəhərində keçirilən hərbi paradda nümayiş etdirilən Zəfər bayrağını salona gətirib. İştirakçılar Zəfər bayrağını ayaqda, alqışlarla qarşılayıblar.

Gəncliyin böyük hamisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından forum iştirakçılarına uğurlar arzulayıb. General-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusu gənclərinin Xankəndi forumunun iştirakçılarına təbrikini çatdırıb.

Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva forum iştirakçılarını təmsil etdiyi nazirliyin rəhbərliyi adından 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, respublika gənclərinin mübariz dəstəsi olan ordu gənclərinin dünyanı heyrətə gətirmiş şücaət və igidliklərindən böyük iftixar hissi ilə söz açıb və Müdafiə Nazirliyinin ordu gənclərinə xüsusi diqqət və qayğı göstərdiyini, Xankəndi forumunun yüksək səviyyədə təşkil edildiyini məmnunluqla bildirib.

Azərbaycan Ordusu gənclərinin Xankəndi forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti səsləndirilib.

“2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçularının mükafatlandırılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmrləri forum iştirakçılarının nəzərinə çatdırılıb.

Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifa etdiyi vətənpərvərlik mahnı və rəqsləri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Forum iştirakçıları nahardan sonra Xankəndi şəhərinin mərkəzi meydanında olub, Müzəffər Ali Baş Komandanın ucaltdığı Azərbaycan Bayrağının dalğalanmasını fəxarət hissi ilə seyr edib, Xocalı və Əsgəran qalasını ziyarətdən xoş təəssüratlarla ayrılıblar.

Paylaş:
220

Son xəbərlər

Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47
Bütün xəbərlər