ASAP tərəfindən xaricdə təhsil alan azərbaycanlı gənclər ilə onlayn görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ASAP tərəfindən xaricdə təhsil alan azərbaycanlı gənclər ilə onlayn görüş keçirilib

17:30 - 02 / 02 / 2024
ASAP tərəfindən xaricdə təhsil alan azərbaycanlı gənclər ilə onlayn görüş keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 15 ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin iştirakı ilə onlayn görüş keçirilib.

1news.az xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş görüşdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elnur Abdullayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və ASAP-ın icraçı direktoru Sevda Mansurova açılış nitqi ilə çıxış ediblər.

Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına yönəlib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahələrdə olduğu kimi gənclər sahəsində də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Görüşdə müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə il ərzində keçirilən tədbirlər və qarşıda duran hədəflər müzakirə edilib, gənclər üçün dövlətimiz tərəfindən yaradılan imkanlardan danışılıb, interaktiv fəaliyyətlər həyata keçirilib.

Sonda müxtəlif ölkələrdə fəaliyyət göstərən və il ərzində fəallığı ilə seçilən ASAP nümayəndəliklərinin və fəal üzvlərin həvəsləndirici sertifikatlarla mükafatlandırılması baş tutub.

Paylaş:
363

Son xəbərlər

Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31
Bütün xəbərlər