Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirilib

Qafar Ağayev17:42 - 06 / 02 / 2024
Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

Bu barədə 1news.az-a Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 275 manat olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan “Mercedes Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38afiC linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq.

Paylaş:
308

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər