Əli Mirəliyev xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Əli Mirəliyev xəstəxanaya yerləşdirilib

14:12 - 08 / 02 / 2024
Əli Mirəliyev xəstəxanaya yerləşdirilib

Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

1news.az xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında deyilib. Sənətçinin xanımı onun səhhətindən danışıb. O bildirib ki, Ə.Mirəliyev əməliyyat olunacaq:

"Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik. Həkimlər deyib, əməliyyat olunacaq".

Aparıcı Elgiz Əkbər isə "Dua edirik ki, xərçəng olmasın. Şübhələr var. Qan ifraz edib. Həkimlər hazırda analiz nəticəsini gözləyir. 4 gün vəziyyəti çox pis olub" sözlərini əlavə edib.

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər