TDT rəsmisi: “Missiya seçkilər zamanı hansısa qanunsuzluzlar, pozuntular aşkarlamayıb”
“Nəzə alsaq ki, bu seçkilər Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra keçirilib, bunu tarixi seçkilər adlandırmaq olar”.
1news.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi növbədənkənar prezident seçkiləri ilə bağlı brifinqdə deyib.
“Türk Dövlətləri Təşkilatı olaraq biz Bakı, Şuşa, Xankəndi və Xocalıda müşahidə missiyası həyata keçirdik.
O bildirib ki, missiya seçkilər zamanı hansısa qanunsuzluzlar, pozuntular aşkarlamayıb.
“Missiyanın əhatə etdiyi məntəqələrdə həm beynəlxalq həm yerli müşahidəçilər rahat şəkildə səsvermə prosesini izləyə bilib
Müşahidələr göstərdi ki, seçicilərə hansısa təzyiqlər olmayıb, onlar azad şəkildə öz səsvermə hüquqlarından istifadə ediblər. Seçkilər Azərbaycan Konstitusiyasına uyğun keçirilib. Seçkilərdə iştirak yüksəkdir. Eyni da məntəqələrdə fiziki məhdudiyyəti olan şəxslər də nəzərə alınmışdı, onların səs verməsini təmin etmək üçün üçün bütün zəruri tədbirlər görülür”.
“Türk Dövlətləri Təşkilatının müşahidə missiyası elan edir ki, Azərbaycan Respublikasında keçirilən seçkilər açıq, şəffaf, yerli qanunvericiliyə uyğun olaraq və bütün beynəlxalq standartlara uyğun keçirilib” — deyə o, əlavə edib :
"Seçki nəticələrinin Türk Dünyasında münasibətlərin daha yaxşılaşdırılmasına xidmət edəcəyinə inanırıq”.