Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova Norveçdə şagirdlərlə videogörüşlərə qatılıb - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova Norveçdə şagirdlərlə videogörüşlərə qatılıb - FOTO

15:24 - 08 / 02 / 2024
Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova Norveçdə şagirdlərlə videogörüşlərə qatılıb - FOTO

Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova Osloda Nizami Gəncəvi adına Azərbaycan dili və mədəniyyəti həftəsonu məktəbinin şagirdləri ilə bir neçə dəfə videogörüş keçirib.

“Nağıllar ölkəsi” Norveçin təbiətindən və nağıllarından ilham alan G.İbrahimova uzaq və soyuq şimal haqqında “Trolların sirri” nağılını yazıb. Yazıçı sözügedən nağılı Norveçdə dünyaya göz açmış uşaqlarımıza və məktəbin şagirdlərinə hədiyyə edib.

Müəllif ön sözdə oxucuya nağılın necə yarandığından danışıb. Nağılçı yazıb: "Skandinaviya nağıllarını hamı sevir. Onlar çox maraqlıdır. Bu nağıllara daima yeni filmlər çəkilir. Nağıllarda həyəcanla bərabər, müdriklik də var. Nağıl qəhrəmanları - Müdrik Semund, Elfa, Trol obrazları həmişə düşündürür, sevilir.”

Qeyd edək ki, nağıl Skandinaviyanın nağıl qəhrəmanları - Trollara həsr edilib.

Nağıl belə yaranıb: 2020-ci ildə Oslo Azərbaycan dili və mədəniyyəti məktəbi yaradılıb. Məktəb o məqsədlə açılıb ki, azərbaycanlı balalarımız azərbaycan dilini sevsin, doğma dilini unutmasın. Burda uşaqlara tez-tez nağıl saatları təşkil edilir, nağıllardan tamaşalar qoyulur.

Belə bir nağıl saatlarından birində uşaq yazıçısı Gülzar İbrahimova internet vasitəsi ilə nağıl saatının qonağı oldu. Nağılçı nənə görüşdə uşaqlara söz verdi ki, Skandinaviya nağıl qəhrəmanlarından nağıl yazıb onlara və skandinaviyalı balalara hədiyyə edəcək.

Qısa müddətdən sonra Gülzar İbrahimova verdiyi sözə əməl edib, “Trolların sirri” nağılını yazdı. Rəssam Tağıyeva Mərziyə nağılı gözəl illüstrasiyalarla bəzədi. Müəllif əmindir ki, yazdığı nağıl uzaq qitədən ona çoxlu sevgi gətirəcək.

Sözügedən nağıl Osloda həftəsonu məktəbinin kitabxanasında yer alıb və şagirdlərə hədiyyə edilib.

Paylaş:
856

Son xəbərlər

Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildiBu gün, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilibBu gün, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edibBu gün, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunubBu gün, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririkBu gün, 12:21Azərbaycan nefti ucuzlaşıbBu gün, 12:05İlham Əliyev Braziliya liderini təbrik edibBu gün, 12:01Sabahın hava proqnozuBu gün, 11:41Bakıda evdə partlayış olub, xəsarət alan varBu gün, 11:30Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıbBu gün, 11:17Zakir Həsənov Hikmət Mirzəyevlə birgə şərti sərhəd istiqamətində hərbçilərin sosial-məişət şəraiti ilə tanış olubBu gün, 10:59Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilibBu gün, 10:40Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 10:18Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edibBu gün, 10:01Şuşada 32 ildən sonra ilk toy mərasimi keçirilir - FOTO06 / 09 / 2024, 18:10Dövlət başçısı: Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək06 / 09 / 2024, 17:55I siniflərə və məktəbəhazırlıq qruplarına qəbul olunan uşaqların sayı açıqlanıb06 / 09 / 2024, 17:28Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanlayıb06 / 09 / 2024, 17:04
Bütün xəbərlər