Türkiyəli deputat: “Seçkilər prosesi tam şəffaf şəkildə keçirilib”
“Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra belə seçkilər keçirməsi təqdirəlayiqdir”.
1news.az xəbər verir ki, bunu TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten növbədənkənar prezident seçkiləri ilə bağlı brifinqdə deyib.
O bildirib ki, TÜRKPA müşahidə missiyası azad olunmuş ərazilərdə də seçki prosesini müşahidə etdi. Seçkilərdə iştirak yüksək idi. Eyni zamanda fiziki məhdudiyyəti olanlar, yaşlılar, seçki məntəqəsinə gedə bilməyənlər üçün bütün şərait yaradılmışdı” .
O deyib ki, Seçkilər prosesi tam şəffaf şəkildə keçirilib, Mərkəzi Seçkilər Komissiyası proseslə bağlı cəmiyyəti məlumatlandırıb.
“Seçkilərin müşahidəsi üçün bütün şərait yaradılmışdı. Bizim nümayəndə müxtəlif yerlərdə müşahidə apardı”.
O. Mestenin sözlərinə görə, namizədlər sərbəst şəkildə qaydalara uyğun təşviqat kampaniyası həyata keçiriblər.
“Bütün namizədlərə bərabər imkanlar yaradılmışdı”.