Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə pasiyent üzərində endoprotez əməliyyatı icra edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə pasiyent üzərində endoprotez əməliyyatı icra edilib

Qafar Ağayev17:43 - 09 / 02 / 2024
Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə pasiyent üzərində endoprotez əməliyyatı icra edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 78 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının bipolyar artroplastikası (endoprotez) əməliyyatı uğurla başa çatıb.

1news.az xəbər verir ki, Yıxılma səbəbilə xəstəxanaya müraciət edən və sol bud sümüyünün boynunun sınığı diaqnozu qoyulan pasiyentdə yanaşı xəstəliklər aşkarlanmasına baxmayaraq, əməliyyat sırasında çətinliklər yaşanmayıb.

Tibb müəssisəsinin həkim-travmatoloqu Elcan Mirzəzadə tərəfindən həyata keçirilən bu ağır əməliyyat sözügedən xəstəxanada ilk dəfə icra olunub.

Əməliyyatda sonra pasiyentə hər bir zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Paylaş:
227

Son xəbərlər

Bütün xəbərlər