MSK yekun nəticələri açıqladı: İlham Əliyev 92,12 faiz səslə qalib olub | 1news.az | Xəbərlər
Siyasət

MSK yekun nəticələri açıqladı: İlham Əliyev 92,12 faiz səslə qalib olub

Qafar Ağayev17:31 - 11 / 02 / 2024
MSK yekun nəticələri açıqladı: İlham Əliyev 92,12 faiz səslə qalib olub

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.

1news.az-ın xəbərinə görə, iclasda MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, seçkilərə start verildikdən sonra qeydə alınmış 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər. Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. MSK bir neçə məntəqədə prezident seçkilərinin nəticələrini etibarsız sayıb, məntəqə seçki komissiyaları buraxılıb.

Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.

MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.

Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.

Paylaş:
454

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər