2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət 5 dövlət qurumu tərəfindən göstərilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət 5 dövlət qurumu tərəfindən göstərilib

Qafar Ağayev14:27 - 12 / 02 / 2024
2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət 5 dövlət qurumu tərəfindən göstərilib

Ötən il “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 266 mindən çoxu 5 dövlət qurumu tərəfindən təqdim edilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən 1news.az-a verilən məlumata görə, 2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 288255 xidmət göstərilib ki, onlardan 268927-si (93,29%) dövlət qurumlarının (“G2B”), 19328-i (6,71%) isə özəl qurumların (“B2B”) xidmətlərdir. Bu xidmətlərin 266 mindən çoxu beş dövlət qurumu tərəfindən göstərilib.

“Bakı KOB evi”nə müraciət edən sahibkarların çox hissəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət edib - 233751 (87,96%) xidmət. Növbəti yerləri 22165 (7,69%) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5662 (1,96%) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3114 (1,08%) xidmətlə Dövlət Gömrük Komitəsi, 1424 (0,49%) xidmətlə Fövqəladə Hallar Nazirliyi tutub. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, 2023-cü ildə Bakı, Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 371 mindən çox xidmət göstərilib. “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox “G2B” və 15 özəl qurum tərəfindən 80-dən çox “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər (lisenziya, icazələr, mənşə sertifikatı, investisiya təşviqi sənədi, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və s.), vergi, gömrük, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Paylaş:
309

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər