Yanvarda Bakı hava limanında beynəlxalq marşrutlar üzrə sərnişin axını 40%-dək artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yanvarda Bakı hava limanında beynəlxalq marşrutlar üzrə sərnişin axını 40%-dək artıb

Qafar Ağayev13:04 - 13 / 02 / 2024
Yanvarda Bakı hava limanında beynəlxalq marşrutlar üzrə sərnişin axını 40%-dək artıb

2024-cü ilin yanvar ayında Bakı hava limanın beynəlxalq istiqamətləri üzrə 437 mindən çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% artım deməkdir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan 1news.az-a verilən məlumata görə, həmin dövrdə 313 min sərnişinə xidmət göstərilmişdir.

Bu ilin yanvar ayında 15-i aşağı büdcəli (loukoster) olmaqla, 36 aviaşirkət 4225 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,8 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 222 mindən çox, “Azərbaycan Hava Yolları” isə 215 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 47 minə yaxın sərnişin daşınıb. Bununla yanaşı, ötən ilin yanvar ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 56 faiz artaraq 21 min nəfər təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yeni istiqamətlər açılıb və populyar marşrutlar üzrə uçuş tezlikləri artırılıb. Aviasiya sənayesinin dinamik inkişafını və hava nəqliyyatına artan tələbatı nəzərə alaraq, Bakı aeroportu öz infrastrukturunu, xidmətlərini təkmilləşdirməkdə və sərnişinlər üçün yeni imkanlar təklif etməkdə davam edir.

Paylaş:
352

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər