Ərəb Parlamentinin sədri Azərbaycanla əlaqədar AŞPA sədrinə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Ərəb Parlamentinin sədri Azərbaycanla əlaqədar AŞPA sədrinə məktub ünvanlayıb

Qafar Ağayev17:54 - 13 / 02 / 2024
Ərəb Parlamentinin sədri Azərbaycanla əlaqədar AŞPA sədrinə məktub ünvanlayıb

Fevralın 13-də Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, məktubda deyilir: “Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qəbul etdiyi qətnamə ilə tanış olub. Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynayır.”

Qeyd olunur ki, Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumun fəaliyyətlərinin təşviqində, habelə təşkilatın məqsəd və prinsiplərinə nail olunmasında mühüm yer almaqdadır.

Azərbaycan qlobal səviyyədə gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması istiqamətində səylərini əsirgəməməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu istiqamətdə əldə olunmuş uğurlar bunun əyani sübutudur.

Məktubda deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində dialoq və əməkdaşlıq dəyərlərinin və prinsiplərinin təşviq olunmasında, həmçinin sülhün və tolerantlıq mədəniyyətinin yayılmasında qlobal rol oynamağa başlayıb.

Qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq çoxtərəfli təşkilatlar öz fəaliyyətlərində dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə əsaslanırlar. Belə təşkilatlar əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, dünyada artan münaqişələr və fikir ayrılıqları zamanı güclərini və birliklərini itirməməlidirlər. Bundan əlavə, çoxtərəfli parlament diplomatiyası baxış nöqtələrini uzlaşdırmaq üçün bir vasitə olaraq qalmalı, hər hansı fikir ayrılığı qarşısında müqavimət divarı kimi çıxış etməli, sülh və tolerantlıq prinsiplərinin yayılması üçün əlavə dəyər olmalıdır.

Məktubun sonunda deyilir ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.

Paylaş:
355

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər