Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldılıb

Qafar Ağayev09:29 - 13 / 02 / 2024
Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldılıb

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Qeyd edək ki, ötən gün də dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi saat 21:00-dək 20 km/saat aşağı salınmışdı.

Paylaş:
265

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər