Nazirlər Kabineti valyuta sərvətləri və milli valyuta ilə bağlı qərar verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti valyuta sərvətləri və milli valyuta ilə bağlı qərar verib

Qafar Ağayev10:11 - 13 / 02 / 2024
Nazirlər Kabineti valyuta sərvətləri və milli valyuta ilə bağlı qərar verib

Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur.

Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu Qaydalara əlavə edilmiş “Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması”nın doldurulmasını tələb edir.

Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir.

Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir.

- fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.

Paylaş:
176

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər