İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib

Qafar Ağayev15:09 - 14 / 02 / 2024
İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib.

1news.az-ın məlumatına görə, Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsi ilə əlaqədar imzalanıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi kabinetin əvvəlki tərkibinə həvalə edilib.

Paylaş:
430

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər