Almaniya Kansleri İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Almaniya Kansleri İlham Əliyevi təbrik edib

Qafar Ağayev15:10 - 15 / 02 / 2024
Almaniya Kansleri İlham Əliyevi təbrik edib

Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.

Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram”.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər