Azərbaycanda 15 nəqliyyat vasitəsi özəlləşdirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 15 nəqliyyat vasitəsi özəlləşdirilib

Qafar Ağayev16:25 - 15 / 02 / 2024
Azərbaycanda 15 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fevralın 13-də keçirdiyi növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb.

Bu barədə 1news.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda “İveco” markalı avtobusun start qiyməti 7 500 manat olsa da, son təklif 28 200 manata yüksəlib. İlkin qiyməti 3 500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq mümkündür.

Paylaş:
375

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər