Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb”

Qafar Ağayev10:33 - 15 / 02 / 2024
Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb”

“ Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb”

1news.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

“Ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi” .

"Buna baxmayaraq, biz prosesə hazır idik” - deyə Cabbarov əlavə edib:
“ Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub".

Paylaş:
320

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər