Nazir: “Son 5 ildə özəl sektorda işçi sayı dövlət sektorunda işçi sayını üstələyib” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: “Son 5 ildə özəl sektorda işçi sayı dövlət sektorunda işçi sayını üstələyib”

Qafar Ağayev11:16 - 15 / 02 / 2024
Nazir: “Son 5 ildə özəl sektorda işçi sayı dövlət sektorunda işçi sayını üstələyib”

“2019-cu ildə biz təşviq əsaslı vergi siyasətinin icrasına başlayanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı”.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" adlı Forumda bildirib.

"5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət sektorunda çalışan işçilərin sayını üstələyib. Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb", - deyə o qeyd edib.

Paylaş:
476

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər