Kamaləddin Qafarov: “Azərbaycanın şanlı tarixinin yeni dövrü başlayır” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycanın şanlı tarixinin yeni dövrü başlayır”

Qafar Ağayev13:32 - 16 / 02 / 2024
Kamaləddin Qafarov: “Azərbaycanın şanlı tarixinin yeni dövrü başlayır”

“Bu ilin fevral ayından etibarən Azərbaycan faktiki olaraq öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimini bu tarixi keçidi rəsmiləşdirən hadisə kimi qeyd edə bilərik. Möhtərəm dövlət başçımız andiçmə mərasimində söylədiyi nitqində birmənalı olaraq bildirdi ki, qədəm qoyduğumuz bu yeni dövrdə Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri xarici siyasət istiqamətində yeni perspektivlərin açılmasıdır”.

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

Deputat bildirib ki, Qarabağ məsələsinin tam və birdəfəlik həllindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlər hələ də gündəmdə durur.

“Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin önəmini həddindən artıq şişirtməyə, ona beynəlxalq gündəm statusu verməyə heç bir lüzum yoxdur. Əgər rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamağın, ilk növbədə, məhz Ermənistanın xeyrinə olduğunu anlamaq istəmirsə, bu onların öz problemidir. Azərbaycan öz işini görüb, torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Dövlət başçımızın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Ağdərədə və azad edilmiş digər rayon və bölgələrimizdə qaldırdığı Azərbaycan bayrağı, ötən il Xankəndidə keçirilən hərbi parad və son nöqtə olaraq cənab Prezident İlham Əliyevin bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu və bir daha belə bir problemin yenidən hansısa qüvvələr tərəfindən yaradıla biləcəyinin mümkünsüzlüyünü deməyə tam əsas verir.”

K.Qafarov Prezident İlham Əliyevin öz nitqində Azərbaycanın xarici əlaqələrinin əsas inkişaf istiqamətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan 2003-cü ildən bu günə qədər digər sahələrdə olduğu kimi, beynəlxalq münasibətlərin qurulmasında da böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi və güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi kimi amillər üzərində qurulmuş mükəmməl xarici siyasət kursu Azərbaycanı, sözün əsl mənasında, dünya birliyinin nüfuzlu üzvünə çevirib. Dövlət başçımızın dediyi kimi, əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”.

Deputatın fikrincə, bütün bu mütərəqqi göstəricilərin fonunda dünyada və Avropada Azərbaycanın uğurları ilə barışmaq istəməyən, ölkəmizi zəif, asılı görmək istəyən qüvvələr də az deyil. “Öz nitqində bu məsələyə toxunan dövlət başçımız bir daha bildirdi ki, bu gün bəzi ölkələr beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürməyə və beynəlxalq ictimaiyyət adından danışmağa çalışırlar. Lakin bir və ya bir neçə ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Yuxarıda qeyd olunan rəqəmlər də ən bariz şəkildə sübut edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin ölkəmizin bundan sonra beynəlxalq təşkilatlarla bağlı atacağı addımlar barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir. Dövlət başçısı birmənalı olaraq bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdirilməsi əsas prioritet olaraq qalacaq. Çünki bizim ailəmiz məhz Türk dünyasıdır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, öz fikirlərini açıq və birmənalı şəkildə ifadə edərək vurğuladı ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və dövlətimizin xarici siyasətinin prioritet istiqaməti də məhz Türk Dövlətləri Təşkilatını bundan sonra daha da gücləndirməkdir. Həqiqətən də böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, artan əhaliyə malik olan və ən əsası, eyni soydan, kökdən olan xalqların daxil olan olduğu Türk Dövlətləri Təşkilatı kimi ikinci güclü birlik dünyada yoxdur. Məhz buna görə də bu təşkilatın qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmağın vacibliyi bütün üzv ölkələrin xarici siyasətində prioritet istiqamət olmalıdır”.

Paylaş:
244

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər