Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilir - FOTO

Qafar Ağayev10:09 - 16 / 02 / 2024
Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilir - FOTO

2024-cü ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah səfərbərlik təlimi keçirilir.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim müddətində qəbul məntəqələrinin açılması, şəxsi heyətin qəbulu prosesinin öyrənilməsi, bölmələrin səfərbərliklə komplektləşdirilməsi və döyüş uzlaşmasının təşkili, əməliyyat təyinatı rayonuna yerdəyişmənin həyata keçirilməsi və ərazidə yerləşmə üzrə hesabların dəqiqləşdirilməsi, eləcə də əməliyyat təyinatı rayonunun tutulması və hücum əməliyyatının təşkili mövzularında fəaliyyətlər icra edilib və yerinə yetirilən fəaliyyətlərlə bağlı məruzələr dinlənilib.

Təlimin məqsədi səfərbərlik resurslarının dəqiqləşdirilməsi və icra olunan səfərbərlik tədbirlərinin müasir standartlara uyğunlaşdırılmasıdır.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər