Əli Əsədov yenidən baş nazir oldu - Milli Məclisdə səsvermə keçirildi
Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verilməsi haqqında məsələ spiker Sahibə Qafarova tərəfindən səsverməyə çıxarılıb.
1news.az xəbər verir ki, müzakirələrdən sonra deputatlar Əli Hidayət oğlu Əsədovun yenidən baş nazir seçilməsinə yekdilliklə səs verib.
Hazırda Baş nazir parlamentdə çıxış edir. Qeyd edək ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilmişdi.
441