TIR ilə Azərbaycana heroin keçirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TIR ilə Azərbaycana heroin keçirən şəxs saxlanılıb

Qafar Ağayev10:54 - 16 / 02 / 2024
TIR ilə Azərbaycana heroin keçirən şəxs saxlanılıb

Ölkəyə heroin keçirən TIR sürücüsü, 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat zamanı həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib.

A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.

Həmçinin son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Paylaş:
289

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər