TÜRKPA-nın Baş katibi AŞPA sədrinə Azərbaycanla bağlı məktub yazdı | 1news.az | Xəbərlər
Siyasət

TÜRKPA-nın Baş katibi AŞPA sədrinə Azərbaycanla bağlı məktub yazdı

Qafar Ağayev17:13 - 19 / 02 / 2024
TÜRKPA-nın Baş katibi AŞPA sədrinə Azərbaycanla bağlı məktub yazdı

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.

Bu barədə 1news.az-a Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda Teodoros Rusopulosu AŞPA sədri seçilməsi münasibətilə təbrik edən TÜRKPA-nın Baş katibi ona bu vəzifədəki fəaliyyətində uğurlar arzulayıb.

Məktubda deyilir ki, xüsusən parlament diplomatiyasının və dialoqunun bu gün daha böyük əhəmiyyət qazandığı bir dövrdə parlamentlərarası təşkilatlar ölkələr və xalqlar arasında körpülər qurmağa kömək edən vacib platforma rolunu oynayırlar. Türk əməkdaşlığının parlament ölçüsü olaraq, dünyanın hər yerindən olan parlamentarilər arasında konstruktiv və həqiqi dialoqun yüksək qiymətləndirildiyi məktubda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnamənin qəbul edilməsi ilə bağlı narahatlıq ifadə olunur.

Bildirilir ki, TÜRKPA bu qətnamənin qəbul edilməsindən dərin təəssüf hissi keçirir:

"TÜRKPA-nın qurucu üzvlərindən biri kimi Azərbaycanın Milli Məclisi türk dünyasında və onun hüdudlarından kənarda dialoq və əməkdaşlıq prinsiplərinin təşviqində mühüm rol oynayır. Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyi və onun nailiyyətləri, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və şəbəkənin qısa müddət ərzində beynəlxalq səviyyədə parlamentlərarası dialoq üçün səmərəli platformaya çevrilməsi Azərbaycanın qlobal miqyaslı problemlərin həlli istiqamətində mühüm səylərindən xəbər verir. Azərbaycan mədəni müxtəlifliyin qorunmasında, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviqində əhəmiyyətli rol oynayır".

Məktubda deyilir ki, 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan son illər öz səyləri və əməkdaşlığı ilə təşkilatın təməl prinsiplərinin müdafiəsinə öz töhfəsini verib: "İnanırıq ki, parlament diplomatiyası və AŞPA kimi çoxtərəfli təşkilatlar dünyada artan siyasi gərginlik və yeni çağırışlar fonunda dialoq və əməkdaşlıq mühitinin yaradılmasında daha böyük rol oynamalı, birləşdirici və inklüziv mexanizmlər kimi xidmət etməyə davam etməlidirlər".

Qeyd olunur ki, bu kontekstdə Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirakının davam etməsi bütün parlamentarilər arasında konstruktiv və məhdudiyyətsiz dialoqun qorunub saxlanması üçün mühüm əhəmiyyət kəsb edir.

Məktubun sonunda yuxarıda göstərilənlərə əsaslanaraq, dialoq və əməkdaşlıq prinsiplərinə uyğun olmayan bu qətnaməyə yenidən baxılacağına və Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin bərpa ediləcəyinə inam ifadə olunur.

Paylaş:
275

Son xəbərlər

Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb02 / 11 / 2024, 18:10DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib02 / 11 / 2024, 17:34Sabahdan bu yollar 3 saatlıq bağlanır!02 / 11 / 2024, 17:06Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür02 / 11 / 2024, 16:35Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA02 / 11 / 2024, 15:45Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb02 / 11 / 2024, 15:24Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür02 / 11 / 2024, 14:46Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb02 / 11 / 2024, 14:17Bakıda oğurluq edən 2 yeniyetmə saxlanılıb02 / 11 / 2024, 13:59Sabah yağış yağacaq - PROQNOZ02 / 11 / 2024, 13:36Bakıda mərkəzi küçədə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub02 / 11 / 2024, 13:13COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ02 / 11 / 2024, 12:56Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib02 / 11 / 2024, 12:43İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb02 / 11 / 2024, 12:25Azərbaycan nefti cüzi bahalaşıb02 / 11 / 2024, 12:01Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub02 / 11 / 2024, 11:41FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib02 / 11 / 2024, 11:17Azərbaycan XİN Serbiyaya başsağlığı verib02 / 11 / 2024, 10:52COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib02 / 11 / 2024, 10:32İki yeniyetmə itkin düşüb02 / 11 / 2024, 10:19
Bütün xəbərlər