Azərbaycanın MMA döyüşçüləri beynəlxalq turnirdə qələbə qazanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın MMA döyüşçüləri beynəlxalq turnirdə qələbə qazanıblar

Qafar Ağayev12:16 - 19 / 02 / 2024
Azərbaycanın MMA döyüşçüləri beynəlxalq turnirdə qələbə qazanıblar

Azərbaycan döyüşçüləri MMA və qrapplinq üzrə "Oktaqon" liqasının 55-ci peşəkar turnirində uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Anar Əzizli (61 kiloqram), Heydər Abdullayev (57 kiloqram), Məhəmməd Abdullayev (+93 kiloqram) və Heydər Qasımzadə (71 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.

Qeyd edək ki, yarış Qazaxıstanın Almatı şəhərində təşkil olunub.

Paylaş:
785

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər