”AzərEnerji” BP şirkəti ilə Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

”AzərEnerji” BP şirkəti ilə Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

Qafar Ağayev12:59 - 20 / 02 / 2024
”AzərEnerji” BP şirkəti ilə Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

Bu gün “AzərEnerji” ASC və BP şirkəti (Səngəçal terminalının operatoru kimi) arasında Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalanıb.

1news.az-ın “AzərEnerji”yə istinadən verdiyi məlumata görə, sənədə əsasən Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan bir layihə üçün texniki həll hazırlanacaq.

“Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) üzrə ümumi iş həcminin müəyyənləşdirilməsi və bu həcmin “AzərEnerji” ilə Səngəçal terminalının operatoru arasında bölüşdürülməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulub. Tərəflər həmçinin iş həcmini dəqiqləşdirmək üçün layihənin müfəssəl texniki dizaynı və kommersiya çərçivəsinin razılaşdırılması yönümündə də birgə işləyəcəklər. Bu məsələlər layihənin kommersiya səmərəliliyinin müəyyənləşdirilməsinin əsas elementini təşkil edir.

STEL layihəsi uğurla həyata keçirilərsə, Səngəçal terminalını enerji ilə təmin etmək üçün istifadə olunan yanacaq qazının yandırılması dayandırılacaq və terminal Azərbaycan dövlət enerjisistemindən enerji ilə təchiz olunacaq. Daha dəqiqi “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) adlanan bu layihə həyata keçirildikdən sonra, Səngəçal terminalının elektrik enerjisi təchizatı BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində tikiləcək 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Azərbaycan dövlət enerjisistemi əraziyə ötürülməsilə vasitəsilə təchiz olunacaq. “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji Səngəçal terminalının təchizatı üçün çatışmadıqda terminalın elektrik enerji təchizatı “AzərEnerji” ASC tərəfindən təmin olunacaqdır.

Enerjisistemdən verilən elektrik enerjisi daha az karbon sərfiyyatlı olduğu üçün terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazı emissiyaları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və ümumiyyətlə ölkənin "yaşıl enerji" keçidinə töhfə verəcək.

“AzərEnerji”nin rəhbəri Baba Rzayevin sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili yaşıl dünya naminə həmrəylik ili elan edən Azərbaycanda 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində, həmçinin BMT-nin Dayanıqlı İnkişaf məqsədlərinə uyğun ardıcıl addımlar atılır. “Yaşıl enerji sahəsinin genişləndirilməsi və atmosferə atılan zərərli maddələrin azaldılması ilə bağlı Prezident İlham Əliyevin strategiyasına uyğun olaraq həyata keçirilən tədbirlər göz qabağındadır. Bu gün imzalanan anlaşma memorandumu da karbon qazının azaldılması niyyətinə öz töhfəsini verəcəkdir”.

Paylaş:
323

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər