Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası işinə başlayıb
Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasının açılış mərasimi keçirilir.
1news.az xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul ediləcək.
Qeyd edək ki, fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının14-cü plenar sessiyası keçiriləcək.