Numan Kurtulmuş: “Bu önəmli vəzifədə Azərbaycana hər zaman dəstək verəcəyik”
“Dünyanın çətin bir dönəmdən keçdiyinə şahidlik edirik” .
1news.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında deyib.
“Asiyanın yüksəlişə keçdiyi bir vaxtdır. Bu baxdımdan Asiya Parlament Assambleyasının əməkdaşlıq imkanlarının artması önəmlidir. Biz Türkiyə olaraq inkişafda olan Asiya üçün bütün dəstəklərini verməyə hazırıq. Türkiyənin Asiya ilə əlaqəsinin inkişafına önəm veririk. Önümüzdəki dönəm Asiyanın daha da inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, Sahibə Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyası uğurlar əldə edəcək. Bizdə bu önəmli vəzifədə Azərbaycana hər zaman dəstək verəcəyik”.
N.Kurtulmuş deyib ki, Asiyanın bir çox yerlərində münaqişələr mövcuddur.
“Bu münaqişələr üzərindən qlobal düşmənçilik fikirləri yayılır. Yaxın coğrafiyada olan iki münaqişə barədə danışmaq istəyir.
“Birincisi Rusiya-Ukrayna müharibəsidir. Görünən budur ki, bu müharibə yalnız Rusiya ilə Ukrayna arasında deyil, daha çox Rusiya ilə Qərb arasındadır. Əgər bu problem tezliklə həll olunmasa, bu, bütün dünyanı əhatə edəcək.
İkincisi isə İsrail-Fələstin müharibəsidir. APA başda olmaqla bütün insanlıq bu drama səssiz qalmamalıdır. Bu müharihələr göstərir ki, dünyada mövcud olan beynəlxalq sistem heç bir problemi edə bilmir. Bu qlobal sistem yalnız güclünün yanındadır. Yeni bir BMT-yə, yeni bir sülh mexanizminə ehtiyacımız var. Buna insanlığın, dünyanın gücü çatar", - deyə TBMM sədri vurğulayıb.